Salyanda intihara cəhdin qarşısı alındı

Salyanda intihara cəhdin qarşısı alındı

Salyan rayonunda intihara cəhd olub.

NOCOMMENT xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonun Xıdırlı kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.