Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlər dayandırılır.
NOCOMMENT.az Konkret.az-a istinadən xəbər verir ki, Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda əksini tapıb. Qərara əsasən, şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlərin ödənilməsi dayandırılır.












