“Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması ilə bağlı keçirilən müsabiqənin nəticəsi açıqlanıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “GİLL MED” Qapalı Səhmdar Cəmiyyəti olub.
Şirkət ləvazimat və geyimlərin təchizatını 299.072,72 manat dəyərində həyata keçirəcək.










