Şənbə gününün hava proqnozu açıqlandı

Şənbə gününün hava proqnozu açıqlandı

Azərbaycanda oktyabrın 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, BakıdaAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə Abşeron yarımadasının şimalında qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-9° isti olacaq.