Bakıda iki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, Suraxanı rayonu Əmircan qəsəbəsinin daxili yollarında aparılan abadlıq işləri ilə əlaqədar 191 və 213 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək Cabir Əliyev və Abbasqulu ağa Bakıxanov küçələri ilə təşkil edilib.












