“ŞirvanŞah” restoran ancaq məmurlar uçundur

“ŞirvanŞah” restoran ancaq məmurlar uçundur

Bakıda maraqlı interyerə malik “ŞirvanŞah” muzey-restoranı əvvəlcə diqqət çəkirdi. Təxminən 2 il əvvəl orada 20-25 nəfərlik səviyyəli bir toplantı keçirmişdim – xatirələr hələ də yaddaşımda.

NOCOMMENT.az xəbər verir ki, tanınmış jurnalist Xəyal Tağıyev sosial şəbəkə hesabında başına gələnləri belə bölüşüb:

“Düşündüm ki, bu dəfə də həmin yerdə 20 nəfərlik masa sifariş edim. Lakin interyer və ümumi atmosferdən başqa hər şey mənfiyə doğru dəyişmişdi. 

Administratorun müştərini qarşılamasından tutmuş yeməklərin keyfiyyətinə qədər – hər şey əvvəlki səviyyədə deyildi. Belə görünür ki, Azərbaycanda restorana getmək də indi bir tapşırıq kimi olub…”/Real Azərbaycan/