Sumqayıt yağışdan sonra qaranlığa qərq oldu – FOTO

Sumqayıt yağışdan sonra qaranlığa qərq oldu – FOTO

Sumqayıtda bir neçə mikrorayonda işıq kəsilib.

NOCOMMENT.az xəbər verir ki, şəhərin bir çox ərazilərində elektrik enerjisinin verilişi dayanıb.

Əsasən, şəhərin 2, 3, 9 və 13-cü mikrorayonlarında, eləcə də Corat qəsəbəsi və Bağlar yaşayış massivində  elektrik enerjisinin verilişində fasilələr müşahidə olunub.

Elektrik enerjisinin kəsilməsinin səbəbi hələlik açıqlanmayıb.

Aliyə
NOCOMMENT.az