Sumqayıtda obyektdə yanğın olub – VİDEO

Sumqayıtda obyektdə yanğın olub – VİDEO

Sumqayıt şəhərində obyektdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 2000 m² olan polietilen istehsalı sexinin sahəsi 200 m² olan bir bölümündə taxta atmalar 20 m² sahədə, 1 ədəd əritmə qurğusu və divara quraşdırılan elektrik lövhəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.