Süni mayalanma xərclərini dövlət ödəyəcək

Süni mayalanma xərclərini dövlət ödəyəcək

Azərbaycanda ailələrə süni mayalanma ilə bağlı dövlət hesabına bir dəfə şans veriləcək.

NOCOMMENT xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın qaldırdığı məsələyə toxunaraq, sonsuzluq probleminin icbari tibbi sığorta hesabına həll edilməsinə baxıldığını bildirib.

“Yaxın gələcəkdə sonsuzluq və onkoloji xəstəliklərin müalicəsinin tibbi sığorta hesabına həyata keçirilməsi nəzərdə tutulur”, – deyə komitə sədri bildirib.