Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb

Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb

Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmalıdır: “Hazırda bu istiqamətdə işlər gedir. Bildiyiniz kimi, Şuşa şəhəri 2023-cü il Türk Dünyasının mədəniyyət paytaxtı elan edilib. Ümid edirəm ki, həmin ildən turistləri qəbul etmək mümkün olacaq”.