Təbiətə qənim kəsilənlər: Kəlbəcərdə ağacları kim qırır?.. FOTO / VİDEO

Təbiətə qənim kəsilənlər: Kəlbəcərdə ağacları kim qırır?.. FOTO / VİDEO

Kəlbəcər rayonunda təbiətə qarşı davam edən qanunsuzluqlar narahatlıq doğurur. Ötən ay mediada Mozqaraçanlı və Nadirxanlı kəndində ağacların qanunsuz şəkildə kəsilməsi ilə bağlı xəbərlər yayılmışdı.

NOCOMMENT.az xəbər verir ki, ötən gün Hacıkənd kəndində də eyni hal təkrarlanıb. Ağacların ya qol-budaqları qırılır, ya da kökündən kəsilir…

Kənd sakini olan şikayətçi qeyd edib ki, bu səfər “hücum”az məruz qalan ağaclar “Anton alması” növündən olan alma ağacı olub.

O bildirib ki, meyvələri yığan şəxs, sanki ağacın qol-budağına qənim kəsilib…

O, təbiətin mühafizə qurumlarına, Kəlbəcər rayonu polis idarəsinə müraciət etdiyini də qeyd edib.

“Bu vəhşiləri cəzalandırmaq lazımdır. Yoxsa vay bizim halımıza..!” – deyə şikayətçi etirazını bildirib.

Fotoları və videonu təqdim edirik: