Təyyarəmiz bu istiqamətdə yanğınlara cəlb edildi

Təyyarəmiz bu istiqamətdə yanğınlara cəlb edildi

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

 

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, ötən gün ərzində təyyarə Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.