Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, hadisə Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Polisin məlumatına görə, “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində 1 nəfər qadın ölüb, daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlardan biri uşaqdır.

Faktla bağlı araşdırmalara başlanılıb.