Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Isparta şəhərində keçirilən növbəti “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Vətənə qayıdıblar.
Bu barədə NOCOMMENT-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində hərbi qulluqçularımızın müvafiq kurslarda iştirak etməsində əsas məqsəd Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.












