Bakıda intihar hadisəsi baş verib.
NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Üç uşaq anası olan qadın özünü 12-ci mərtəbədən ataraq intihar edib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.











