Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova ailə həyatı qurmağa hazırlaşırlar.
NOCOMMENT xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd edək ki, Denis Quzlayev 1999-cu ildə Bakıda anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.
Xocavənd istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb.
Denis Quzlayev “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif edilib.
















