Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul etdi – ARAŞDIRMALAR APARILACAQ

Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul etdi – ARAŞDIRMALAR APARILACAQ

İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in şöbə rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bəxtiyar Hacıyevi dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağını nəzərinə çatdırıb.

Qeyd edək ki, B.Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazıb.