Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla ittiham olunan Nadir Məmmədov, Şahin İbrahimov və Telman Tahirovun hökmdən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə Vüqar Səfərlinin vəkili Hikmət Əliyev vəsatət qaldıraraq məhkəmə baxışının qismən istintaqla keçirilməsini istəyib.
Məhkəmə vəsatətə qarşıdakı iclaslarda baxılacağını bildirib.
Məhkəmənin növbəti iclası martın 1-nə təyin olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.












