Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub.
DİN Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, sosial şəbəkələrdə itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri yayılıb.
Həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib. Hadisəni törədən şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib.
Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir) müvafiq tədbir görülüb.












