Zirzəmisi su ilə dolu olan binaya həm də ağcaqanadlar hücum çəkib.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bura paytaxtın Xətai rayonu Məzahir Rüstəmov 131 ünvanıdır.
Sakinlər deyirlər ki, binanın zirzəmisi 5 ildir ki, su altındadır. Bu səbəbdən həm rütubət, həm də ağcaqanadlar sakinləri təngə gətirib.
Onlar problemlə bağlı əlaqədar quruma da müraciət etdiklərini bildiriblər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qeyd olunan ünvanda yaranmış məsələ ilə bağlı müvafiq sukanal idarəsinə məlumat verilib. İdarənin əməkdaşları əraziyə baxış keçirib, yaxın müddət ərzində problem həll ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












