İran Prezidenti ilə yeni dini lider arasında ŞOK GÖRÜŞ: Gizli avtomobil, təhqiramiz rəftar və...

İran Prezidenti ilə yeni dini lider arasında ŞOK GÖRÜŞ: Gizli avtomobil, təhqiramiz rəftar və...

İranın “Quyya” portalının məlumatına görə, ölkə Prezidenti Məsud Pezeşkian ilə yeni dini lider Seyid Müctəba Xameneyi arasında gizli və gərgin görüş baş tutub.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, ardıcıl istefa təhdidlərindən sonra ofisi Pezeşkiana görüş icazəsi versə də, bu, qeyri-adi və məxfi şəraitdə baş tutub. Prezidentin mühafizəçiləri onu Tehranda naməlum istiqamətə aparıb və görüş pəncərələri qaraldılmış kommersiya avtomobilinin arxa oturacağında həyata keçirilib.

Mənbələr bildirir ki, cəmi bir neçə dəqiqə davam edən təmas zamanı Xameneinin mühafizəçiləri Pezeşkiana əl sıxmağa icazə verməyiblər və tərəflər yalnız bir-birlərinin səslərini eşidiblər. Bu münasibəti alçaldıcı hesab edən Pezeşkian gerçəkdən danışdığı şəxsin Xamenei olub-olmamasında şübhə edib.

İddia olunur ki, Müctəba Xameneyi Pezeşkiana yenidən istefa verməyə cəhd edəcəyi təqdirdə bu dəfə istefasının qəbul olunacağını xəbərdarlıq edib. Həmçinin liderin Ali Milli Təhlükəsizlik Şurasında və danışıqlar komandasında kadr dəyişikliyi etməyə hazırlaşdığı, Möhsün Rezayinin Möhəmməd Baqir Zölqədri əvəz edəcəyi bildirilir. Qeyd olunur ki, Pezeşkian indiyə qədər 28 dəfə istefa ərizəsi verib və ya istefa ilə hədələyib.

Xatırladaq ki, təxminən beş ay əvvəl İranın üçüncü dini lideri seçilən Müctəba Xameneinin hələ də heç bir rəsmi foto və ya səs yazısı dərc olunmayıb, bu isə onun səhhəti və yeri ilə bağlı müxtəlif spekulyasiyalara yol açıb.