Xocavənddə güclü partlayış – Yaralı var

Xocavənddə güclü partlayış – Yaralı var

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib

Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.

Vətəndaş xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.