Xəbər verdiyimiz kimi noyabrın 29-da Azərbaycan Prezidentinin sərəncamı ilə Mariana Toteva Vasilyeva gənclər və idman nazirinin müavini vəzifəsinə təyin olunub.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, M.Vasilyevanın nazir müavini təyin olunmasından sonra onun iştirakı ilə 3 il əvvəl törədilmiş qəza gündəmə gəlib.
Belə ki, 2018-ci ilin dekabr ayında M.Vasilyeva sürdüyü “Audi Q3” avtomobi ilə “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girmiş, qəzadan sonra həmin maşının dövlət nömrə nişanını çıxarmışdı.












