Rəqsanənin konsert geyimi müzakirə yaratdı - VİDEO

Rəqsanənin konsert geyimi müzakirə yaratdı - VİDEO

Müğənni Rəqsanə İsmayılova dənizkənarı məkanda baş tutan konserti zamanı seçdiyi səhnə libası ilə diqqət çəkib.

NOCOMMENT.az xəbər verir ki, sənətçi son dövrlərdə xeyli çəki itirməsi ilə də gündəmə gəlib. O, dənizkənarı restoranlardan birində səhnəyə çıxaraq repertuarından sevilən mahnıları səsləndirib.

Rəqsanə İsmayılova həmin gecədən görüntüləri sosial media hesabında paylaşaraq izləyiciləri ilə bölüşüb. Onun səhnə üçün seçdiyi iddialı geyim isə paylaşımın əsas müzakirə mövzularından birinə çevrilib.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və istifadəçilər müğənninin həm dəyişən görünüşü, həm də konsert libası ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Paylaşımın şərh bölməsində çoxsaylı rəylər yazılıb./milli.az/