Zəngəzur dəhlizi ilə Naxçıvana 330 kV-luq elektrik xəttinin çəkilməsi gündəmdədir.
NOCOMMENT xəbər verir ki, bunu trend-ə Azərenerji Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.
T.Abdullayev bildirib ki, Cəbrayıl rayonuna Ağcabədi və İmişlidən 330 kVt-lıq xəttin çəkilməsi nəzərdə tutulur.
“Zəngəzur dəhlizi vasitəsiylə Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kVt-luq yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsiylə elektrik enerjisinin Türkiyəyə, ordan da Avropa bazarına ixrac edilməsi məsələsi nəzərdə tutulur”, – deyə T.Abdullayev əlavə edib.
Qeyd edək ki, bu gün ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Ağdam şəhərinə səfəri təşkil olunub. Jurnalistlər 2 gün öncə Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarına, “Qarabağ” rəqəmsal idarəetmə mərkəzinə, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki eyniadlı yarımstansiya ilə tanış olacaqlar.












