ŞOYQU: Ermənistan ordusunun gücləndirilməsinə xüsusi əhəmiyyət veririkbackend

ŞOYQU: Ermənistan ordusunun gücləndirilməsinə xüsusi əhəmiyyət veririk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılmasına yardıma xüsusi önəm verir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı Suren Papikyanla görüşündə deyib.

Ermənistan və Rusiya müdafiə nazirləri arasında danışıqlar ŞƏT və MDB ölkələrinin müdafiə nazirlərinin Moskvada keçirilən görüşü çərçivəsində baş tutub.

“Ermənistan KTMT-də bizim müttəfiqimiz və Cənubi Qafqazda əsas strateji tərəfdaşımızdır. Biz regionda sabitliyin qorunub saxlanmasında son dərəcə maraqlıyıq və bunun üçün əlimizdən gələni edirik. Biz ikitərəfli əməkdaşlığın inkişafına və Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılmasına yardıma xüsusi önəm veririk”, – deyə Şoyqu bildirib.

Görüşdə MN rəhbərləri iki ölkənin müdafiə nazirlikləri arasında 2023-cü il üçün əməkdaşlıq planını təsdiqləyiblər.

Papikyan qeyd edib ki, bu, il ərzində dördüncü görüşdür.

“Biz sizin təşəbbüsünüzü və sammitin təşkili ilə bağlı səylərinizi yüksək qiymətləndiririk. Dekabr ayı yekun vurmaq və gələcək üçün planlar haqqında düşünmək vaxtıdır”, – deyə Ermənistanın müdafiə naziri bildirib.

Dekabrın 9-da Moskvada ŞƏT və MDB ölkələrinin müdafiə idarələri rəhbərlərinin görüşü keçirilib, onun yekununda birgə kommünike imzalanıb.