Stoltenberqin “Rusiyaya silah yardımı” iddiasına Çindən reaksiyabackend

Stoltenberqin “Rusiyaya silah yardımı” iddiasına Çindən reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin NATO-nun baş katibi Yens Stoltenberqin Çinin Rusiyanı Ukrayna müharibəsi üçün silahla təmin edə biləcəyindən narahat olması ilə bağlı sözlərini tənqid edib.

NOCOMMENT-in məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Pekində keçirdiyi növbəti mətbuat konfransında ABŞ və NATO ölkələrinin Ukrayna müharibəsində ən böyük silah mənbəyi olduğuna diqqət çəkib və Stoltenberqi “haqsız yerə Çini ləkələməkdə” günahlandırıb.

NATO-nun Ukrayna böhranındakı rolunun beynəlxalq ictimaiyyət tərəfindən görüldüyünü ifadə edən Vanq, “NATO əsassız spekulyasiyalarla Çini təhqir etməyi dayandırmalı və Avropa regionunda və dünyada sülh və sabitlik üçün konkret işlər görməlidir” dedi.