Sudan ordusu Xartumda 12 HDK üzvünü öldürdüyünü açıqladıbackend

Sudan ordusu Xartumda 12 HDK üzvünü öldürdüyünü açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudan ordusu aprelin ortalarından bəri döyüşdüyü hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (HDK) 12 üzvünü paytaxt Xartumda zərərsizləşdirdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ordu sözçüsü Nebil Abdullah, ordunun Facebook hesabında yayımlanan səs yazısında qeyd edib.

“Silahlı qüvvələrimiz üsyançı milislərə (HDK) ağır itkilər verən uğurlu əməliyyatlar həyata keçirir. Ordumuz Xartum və Bəhri şəhərlərini birləşdirən Mek Nimir körpüsünün girişində keçirilən xüsusi əməliyyatda düşmən qüvvələrindən (HDK) 12 nəfəri məhv edib, 4 texnikasını sıradan çıxarıb”.

Qeyd edək ki, Sudan ordusu bir vaxtlar dəstəklədiyi, lakin müstəqil və paralel ordu kimi fəaliyyət göstərdiyi üçün təhlükə olaraq gördüyü HDK-nın 2 il ərzində tam şəkildə orduya inteqrasiyasını istəyirdi.

NOCOMMENT.AZ