Sudanda HDK Polis Ehtiyat Qüvvələr Komandanlığını ələ keçirdibackend

Sudanda HDK Polis Ehtiyat Qüvvələr Komandanlığını ələ keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudan ordusu aprelin 15-dən bəri döyüşdüyü Çevik Dəstək Qüvvələrinin (HDK) 3 gün davam edən qarşıdurmalardan sonra Xartumun cənubunda polisə aid olan Mərkəzi Ehtiyat Qüvvələr Komandanlığının qərargahını nəzarətə götürdüyünü açıqlayıb.

NOCOMMENT.az xəbər verirki, ordudan verilən yazılı açıqlamada qeyd olunub:

“HDK ordu ilə 3 gün davam edən şiddətli toqquşmadan sonra Xartumun cənubundakı Mərkəzi Ehtiyat Qüvvələr Komandanlığının qərargahını və çoxlu sayda maşın, silah və sursat ələ keçirib”.

Hadisənin beynəlxalq hüquq və müharibə adətlərinin açıq şəkildə pozulduğuna diqqət çəkilən bəyanatda dünyadakı polis obyektlərinin hərbi əməliyyatlara aidiyyatı olmayan xidmət obyektlər olduğu bildirilib.

NOCOMMENT.AZ