Sudan ordusunun komandanı HDK-nı “öldürücü qüvvə” ilə hədələdibackend

Sudan ordusunun komandanı HDK-nı “öldürücü qüvvə” ilə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin 15-dən bu yana davam edən toqquşmalar atəşkəsin daha 5 gün uzadılmasına rəğmən davam edir.

NOCOMMENT.az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, toqquşmalar paytaxt Xartumun Omdurman bölgəsində baş verib.

Digər tərəfdən, Sudanın Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdül Fəttah əl-Burhan, Xartumun bəzi bölgələrində yerləşdirilən HDK qüvvələrini yoxlayarkən, “ağılla hərəkət etməsələr”, onlara qarşı “öldürücü güc” tətbiq edəcəyi ilə hədələyib.

NOCOMMENT.AZ