Tanınmış müğənnidən “ASAN Xidmət”ə MARAQLI çağırış: “Bir dənə asan namaz olsun” – VİDEObackend

Tanınmış müğənnidən “ASAN Xidmət”ə MARAQLI çağırış: “Bir dənə asan namaz olsun” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış müğənni ABD Malik Kələntərli “ASAN Xidmət” mərkəzlərindən birində qarşılaşdığı çatışmazlıqla bağlı müraciət ünvanlayıb. İfaçı göstərilən yüksək səviyyəli xidmətə rəğmən, vacib bir məqamın unudulduğunu diqqətə çatdırıb.

NOCOMMENT.az xəbər verir ki, ifaçı 2 saylı “ASAN Xidmət” mərkəzində namaz otağının olmamasından narazılığını ifadə edib. O, mərkəzin xidmət keyfiyyətini təqdir etsə də, ibadət edən şəxslərin çətinlik çəkdiyini vurğulayıb:

“Hörmətli ‘ASAN Xidmət’ əməkdaşları, sizdən çox xahiş edirəm, burada balaca namaz otağı da edin. Adamlar növbədə gözləyir, namaz vaxtı gəlir, qılmaq üçün yeriniz yoxdur. Hər şey superdir, xidmətiniz əladır, amma xahiş edirəm ki, bir dənə asan namaz olsun”.

Müğənninin bu müraciəti sosial şəbəkələrdə maraqla qarşılanıb. Bir çox istifadəçi dövlət qurumlarında ibadət otaqlarının yaradılması təklifini dəstəkləyib. Hələlik “ASAN Xidmət” tərəfindən bu təklifə hər hansı rəsmi münasibət bildirilməyib.

Sara