TƏCİLİ! Helikopter qəzaya uğradı: Sağ qalan YOXDUR – Bu ölkədəbackend

TƏCİLİ! Helikopter qəzaya uğradı: Sağ qalan YOXDUR – Bu ölkədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Qərbi Kalimantan əyalətində mülki helikopterin qəzaya uğraması nəticəsində böyük faciə yaşanıb. Aprelin 16-da radarlardan itən hava gəmisinin qalıqları çətin keçilən meşəlik ərazidə aşkar edilib. Rəsmi məlumatlara görə, qəza nəticəsində sağ qalan olmayıb.

NOCOMMENT.az xəbər verir ki, “Matthew Air Nusantara” aviaşirkətinə məxsus Airbus H130 tipli helikopter daxili reys yerinə yetirərkən Sekadau bölgəsi üzərində yoxa çıxıb. Uçuşdan qısa müddət sonra əlaqənin kəsilməsi ilə başlayan axtarış-xilasetmə əməliyyatları ağır hava şəraiti və relyef çətinlikləri səfəbindən gecə boyu davam edib.

Xilasetmə xidmətləri helikopterin qalıqlarını dağlıq və sıx meşəliklə örtülmüş əlçatmaz zonada tapıblar. Bildirilib ki, qəza zamanı hava gəmisinin göyərtəsində 2 ekipaj üzvü və 6 sərnişin olmaqla ümumilikdə 8 nəfər olub. Onların hamısının hadisə yerində həlak olduğu təsdiqlənib.

İlkin ehtimallara görə, qəzaya səbəb qəfil dəyişən hava şəraiti və ya texniki nasazlıq ola bilər. Lakin hadisənin dəqiq səbəbləri İndoneziyanın Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Komitəsinin (KNKT) mütəxəssisləri tərəfindən aparılan araşdırmalardan sonra məlum olacaq. Hazırda həlak olanların cəsədlərinin ərazidən təxliyə edilməsi üçün xüsusi əməliyyat davam etdirilir.

Sara,
NOCOMMENT.az