17 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

17 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

Ötən ay 17 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə NOCOMMENT-ə Prezident yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bundan başqa, may ayı üzrə 25 nəfərə fəlsəfə doktoru, 3 nəfərə elmlər doktoru dərəcəsi verilib.

Həmin müddətdə 28 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib, 4 nəfərə isə elmi ad verilməsindən imtina edilib.

Eyni zamanda, 1 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.