Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ! – Sentyabrın 9-u…

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ! – Sentyabrın 9-u…

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi sentyabrın 9-u saat 18:00-a qədər uzadılıb.

 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Abituriyentlər //portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

 

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.