Azərbaycanda inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq

Azərbaycanda inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq

Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində inklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Nazirlikdən NOCOMMENT.az -a verilən xəbərə görə, əmrə əsasən, pilot təhsil müəssisələrində – Bakı şəhəri 138, 202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsini, məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsini təmin etməlidir.