Dövlət İmtahan Mərkəzi (DİM) bu gün növbəti buraxılış imtahanları keçirəcək.
NOCOMMENT DİM-ə istinadən xəbər verir ki, imtahanlarda 16 min 52 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
İmtahanlar saat 11:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatacaq.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.












