Əhməd Vahidi Xameneinin vida mərasimində BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

Əhməd Vahidi Xameneinin vida mərasimində BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidi ölkənin sabiq ali rəhbəri Əli Xameneinin vida mərasimində görüntülənib.


NOCOMMENT.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Vahidi bildirib ki, "Düşmən İranın təslim olacağını qəbrə aparacaq". Onun sözlərinə görə, İran xarici təzyiqlərə və təhdidlərə baxmayaraq geri çəkilməyəcək, müqavimətini davam etdirəcək.


Qeyd edək ki, Əhməd Vahidi İran-ABŞ müharibəsinin başlanmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O, son aylarda mediada görünmürdü. Bu baxımdan onun yenidən ictimaiyyət qarşısında görünməsi diqqət çəkib. Vahidi İranın hərbi-siyasi rəhbərliyinin əsas fiqurlarından biri hesab olunur.

Xatırladaq ki, bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasiminə start verilib.

Mərasim paytaxt Tehrandakı Böyük Müsəlla məscidində keçirilir.

Tədbirdə din xadimləri, dövlət rəsmiləri və xarici ölkələrdən gələn nümayəndə heyətləri iştirak edirlər.

Proqrama əsasən, vida mərasimləri təkcə İranda deyil, həmçinin İraqın Nəcəf və Kərbəla şəhərlərində də təşkil olunacaq. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Mərasimlər başa çatdıqdan sonra Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.

Xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də Tehrana endirilən aviazərbələr nəticəsində həlak olub.