Dərslər sentyabrda başlaya bilər? – Onlayn təhsil baş aldatmaqdır

Dərslər sentyabrda başlaya bilər? – Onlayn təhsil baş aldatmaqdır

Sentyabr ayında yeni tədris ili ənənəvi qaydada başlaya bilərmi?

NOCOMMENT məlumatına görə, təhsil eksperti Kamran Əsədov uzun müddətdir müzakirə olunan məsələyə dair sosial şəbəkədə açıqlama verib.

“Dövlət İmtahan Mərkəzi 10 iyundan müxtəlif növ imtahanlar təşkil edir və indiyə qədər 150 mindən çox şagird imtahanlarda iştirak edib. Amma hələ də onlar arasında yoluxma halları qeydə alınmayıb. Özü də imtahanlar orta məktəb binalarında keçirilir. Şagirdlər də azı 3 saat imtahanda olurlar. İmtahandan əvvəl azı 1 saat növbə gözləyirlər.

Şəkildə də adi bir imtahan prosesi əks olunub.

Deməli, müəyyən qaydalara riayət etməklə tədris ili başlaya bilər.

Sinifdə şagird sayı, dərslərin növbəli təşkili və s. qaydalarla dərsə başlamaq olar.

Əgər onlayn, distant təhsili düşünən varsa, bu çox yanlışdır. Onlayn-distant təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır.

Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil”, – deyə K.Əsədov bildirib.