Emin Əmrullayev müəllimini belə təbrik etdi – FOTO

Emin Əmrullayev müəllimini belə təbrik etdi – FOTO

Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr Beynəlxalq Müəllimlər günü ilə bağlı ilk müəllimindən bəhs edib. 
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
“Gülzar müəllimə – ilk müəllimim. Mənə ana dilimdə oxumağı və yazmağı öyrətmiş, vətən sevgisini aşılamış və ətrafda baş verənlərə laqeyd qalmamağı bir dəyər kimi formalaşdırmış insan!
Müəllimlər Günündə bir daha Sizə təşəkkürümü bildirirəm, əziz və sevimli Gülzar müəllimə!!! Bayramınız mübarək!!!”