Mobil telefon aşkarlanan 2 şagird imtahandan xaric edildi

Mobil telefon aşkarlanan 2 şagird imtahandan xaric edildi

IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən NOCOMMENT.az-a verilən məlumata görə, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Qeyd edilib ki, imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.