Məlum olduğu kimi, Avropa son illərin ən güclü istilərindən biri ilə üz-üzədir.
NOCOMMENT.az xəbər verir ki, İspaniya, Fransa, İtaliya, Almaniya və digər ölkələrdə temperatur bir çox bölgədə 40-45 dərəcəyə çatıb.
Havanın kəskin istiləşməsi nəqliyyatda problemlərə, meşə yanğınlarına gətirib çıxarıb.
Almaniyada, o cümlədən Münhen və Bavariya bölgəsində yüksək temperatur səbəbindən əhaliyə xəbərdarlıq edilib.
Şəhərdə fövqəladə vəziyyət elan olunub. Bəzi açıq hava tədbirlərinin proqramı dəyişdirilib.
Fransa və İspaniyada isə vəziyyət daha ağırdır. Hər iki ölkədə son istilər nəticəsində minlərlə ölüm qeydə alındığı bildirilir. Eyni zamanda Fransanın cənubunda isti hava və quraqlıq meşə yanğınlarını sürətləndirib.//qafqazinfo.az
















