Onlarla məktəbə yeni direktor təyin edildi – SİYAHI

Onlarla məktəbə yeni direktor təyin edildi – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.

NOCOMMENT xəbər verir ki, bu barədə qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib.

Onlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, dörd nəfər isə əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifələrinə xitam verilib.

Həmin məktəblər bunlardır: 10, 19, 20, 27, 44, 48, 52, 113, 122, 130, 223, 226, 256, 262, 271, 298, 318, 322 nömrəli tam orta məktəblər.