Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Rifah Universitetinin nümayəndə heyətinin üzvləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası ilə tanış olublar.
NOCOMMENT.az-ın məlumatına görə, klinikanın direktoru, dosent Cavid Paşayev qonaqlara tibb müəssisəsinin fəaliyyət istiqamətləri, burada tələbələr və rezidentlərin təcrübə toplaması üçün yaradılan şərait, eyni zamanda müasir müalicə mexanizmlərinin tətbiqi haqqında məlumat verib.











