Təhsil naziri Ceyhun Bayramov yay tətilinin ləğv olunma ehtimalına münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, brifinqdə nazir bildirib ki, bütün mövcud real vəziyyət, yerli konteks, insanların təhlükəsizliyi, şagirdlərin marağı, bütün prioritetlər nəzərə alınaraq dərslərin başlanması müddəti ilə bağlı qərar veriləcək. Onun sözlərinə görə bütün hazırlıq işləri aparılır. O, çıxışında “Bir məqam aydındır ki, bir sıra yeniliklər, mövcud reallıqlar nəzərə alınacaq, ancaq konkret vaxtla bağlı indi danışmaq düzgün olmaz” fikirlərini bildirib.












