Azərbaycan Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə dərsliklərin istehsalı ilə bağlı keçirilən üç tenderin qaliblərini müəyyənləşdirib.
NOCOMMENT.az xəbər verir ki, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderlərin qalibləri “Təhsil” Nəşriyyat Poliqrafiya MMC, “Çaşıoğlu Elm-İstehsalat” MMC və “Aspoliqraf LTD” seçiliblər. Şirkətlərlə ümumi dəyəri 9 mln. 1 min manat olan 4 müqavilə imzalanıb.
Belə ki, “Çaşıoğlu Elm-İstehsalat” ilə ümumi təhsilin texniki fənləri və məktəbəhazırlıq proqramı üzrə dərsliklərin çapına 4 milyon 889 min manatlıq və 997 min manatlıq, “Təhsil” Nəşriyyat Poliqrafiya ilə ümumi təhsilin ictimai fənləri üzrə dərsliklərin çapına 3 milyon 496 min manatlıq, peşə ixtisasları üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işləri həyata keçiriləcək “Aspoliqraf LTD” şirkəti ilə 419 min manatlıq müqavilə imzalanıb.












