Tsarukyan MTX-yə aparılıb, Sarkisyan isə ora çağırlıbbackend

Tsarukyan MTX-yə aparılıb, Sarkisyan isə ora çağırlıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, səhər müxalifətin liderlərindən biri Qaqik Tsarukyanın MTX-yə aparılması barədə məlumat yayılmışdı. Onun barəsində hələlik heç bir məlumat yoxdur.

Nahardan sonra isə ölkənin media resursları 3-cü prezidentin də quruma çağırıldığını yazıblar. “Bu gün Serj Sarkisyana Milli Təhlükəsizlik Xidmətinə hesabat verməsi barədə bildiriş göndərilib”, – deyə məlumatda qeyd olunub.