Türkiyə ordusu 4 mindən çox terrorçunu zərərsizləşdiribbackend

Türkiyə ordusu 4 mindən çox terrorçunu zərərsizləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 iyul 2015-ci il tarixindən indiyədək Türkiyədə, Şimali İraq və Suriyada 37 312 terrorçu zərərsizləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

O qeyd edib ki, 2022-ci ilin əvvəlindən isə 4 009 terrorçu zərərsizləşdirilib.

Nazirin sözlərinə görə, Müdafiə Nazirliyi üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirib və yeni 2023-cü ilə böyük ruh yüksəkliyi ilə qədəm qoyur.