Türkiyə və Azərbaycan bu sahədə də əməkdaşlıq edəcək – FOTObackend

Türkiyə və Azərbaycan bu sahədə də əməkdaşlıq edəcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Hava Limanları İdarəsi (DHMİ) və Azərbaycan Hava Naviqasiya Xidməti Provayderi “Azəraeronaviqasiya” (AZANS) arasında Aeronavigatsiya Təhlükəsizliyi üzrə Regional Əməkdaşlıq Platforması “SOCEA” yaradılıb.

NOCOMMENT.az “haberglobal”a istinadla xəbər verir ki, İstanbul Hava Limanında DHMİ və AZANS arasında “SOCEA” Regional Hava Naviqasiya Təhlükəsizliyi Əməkdaşlıq Platformasının imzalanma mərasimi keçirilib.

İmzalanma mərasimindəki çıxışında DHMİ-nin sədri və baş direktoru Hüseyn Kəskin “bir millət, iki dövlət” şüarı ilə hər şəraitdə bir-birini dəstəkləyən iki böyük dövlətin iki böyük təşkilatı olaraq çox mühüm əməkdaşlığa başlamaq üçün bir araya gəldiklərini bildirdi.  O, iki ölkə arasında ölkənin dərinliklərinə qədər uzanan və hər sahədə artmaqda davam edən dostluq əlaqələrinin regiona və dünyaya nümunə olacaq səviyyəyə çatmasının son dərəcə vacib və qürurverici olduğunu bildirib.

“Cümhuriyyət tarixinin ən böyük aviasiya layihələrini reallaşdıraraq Türk aviasiyasını dünyanın zirvəsinə daşıyan DHMİ olaraq, addımlamaqdan qürur duyuruq . Azərbaycanın uğur qazanmış müstəsna təşkilatı AZANS ilə çiyin-çiyinə, əl-ələ verib, bütün dünyada fövqəladə inkişaflara şahidlik edən aviasiyada aramızdakı qardaşlıq hisslərini konkret addımlarla zirvələrə daşımaq əzmindəyik”, – deyə Kəskin vurğulayıb.

Həmçinin o, bu gün imzalanan protokolla fəaliyyətə başlayacaq Avropa və Asiya ölkələri üçün Regional Hava Naviqasiya Xidmətləri Əməkdaşlıq Platformasının “SOCEA”nın təkcə iki ölkənin aviasiyasında deyil, həm də qlobal aviasiya üçün mühüm addım olacağına diqqət çəkib.