Ufoloq: Pentaqon videonu montaj edə bilər – VİDEObackend

Ufoloq: Pentaqon videonu montaj edə bilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ufologiya Cəmiyyətinin qurucusu Oleq Kurbatov mətbuata verdiyi açıqlamada bildirib ki, Pentaqon tərəfindən ictimaiyyətə təqdim olunan UNO (uçan naməlum obyekt) videoları ufoloqları maraqlandırmır, çünki onlar naməlum obyekt haqqında heç bir məlumat vermirlər və obyekt hökümətin əlavə hərbi maliyyələ xərcləri üçün bilərəkdən videoya əlavə edilə bilər.

NOCOMMENT.az xatırladır ki, bir neçə gün əvvəl ABŞ-ın əsas hərbi qurumu səmada nir neçə UNO-nun müşahidə edilməsi barədə videolar yaymışdı.

“Məncə, bu çəkilişlər, digərləri kimi, praktiki olaraq heç bir maraq kəsb etmir: əslində videoda obyektlərin özləri haqqında heç bir məlumat yoxdur. Fikrimi belə ifadə edim: bu videoların dəyəri qara qəpik də deyil…”, – deyə Kurbatov sözünə yekun vurub.