ÜST Pakistana səyahət məhdudiyyətini 3 ay uzatdıbackend

ÜST Pakistana səyahət məhdudiyyətini 3 ay uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Komitəsi, poliomielit epidemiyası riskinin davam etdiyi səbəbiylə Pakistana səyahət məhdudiyyətini 3 ay müddətinə uzadıb.

NOCOMMENT.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) internet saytında verilən açıqlamada Pakistanın poliomielitlə mübarizədə nöqsanların olduğu bildirilib.

ÜST bəyan edib ki, ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətində 160 mindən çox uşaq peyvənd olunsa da, ölkədəki “peyvənd boykotları və təhlükəsizlik narahatlıqları” səbəbindən risk qalmaqdadır.

Ölkədə WPV1 tipli poliomielit hadisələrinin sayının 2023-cü ildə 2-yə yüksəldiyi vurğulanıb.

Qeyd edək ki, 1994-cü ildə başlanan poliomielitlə mübarizə kampaniyasının bir hissəsi olaraq, Pakistan 2017-ci ildə xəstələrin sayını 20 mindən 8-ə endirdi. 2017-ci ildən sonra poliomielit hallarının artdığı Pakistanda 2018-ci ildə 12, 2019-cu ildə 147, 2020-ci ildə isə 84 yoluxma aşkarlanıb. Ötən il ölkədə 20 yoluxma qeydə alınıb.

NOCOMMENT.AZ